Azərbaycanda yeni xəbər saytı yaradıldı

13 Oktyabr 2014 12:43 (UTC+04:00)

Azərbaycanda yeni xəbər portalı – istiqlal.az saytı fəaliyyətə başlayıb. Saytı tanınmış iqtisadçı-jurnalist Qadir İbrahimli təsis edib. Bu barədə Movqe.az-a Q.İbrahimlinin özü məlumat verib. Q.İbrahimli bildirib ki, istiqlal.az sözün bütün mənalarında müstəqil media quruluşu olacaq: "Saytımız formaca yox, məzmunca müstəqil olacaq. Yönümündən asılı olmayaraq bütün siyasi qüvvələrə informasiya dəstəyi vermək, ölkənin sosial-ictimai sektorunda baş verən hadisələri obyektiv şəkildə işıqlandırmaq niyyətindəyik. Hesab edirik ki, internet istifadəçiləri çox qısa müddət ərzində istiqlal.az saytının daimi izləyicilərinə çevriləcəklər".