Rusiya Xəzər Dəniz Donanmasının gəmiləri Azərbaycana səfər edəcək

13 Oktyabr 2014 13:32 (UTC+04:00)

Oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya rəsmi səfəri planlaşdırılır.


Movqe.az-ın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, səfər müddətində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.


Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.


Səfər oktyabrın 19-dək davam edəcək.