Ledi Qaqa reklama görə soyundu

18 İyul 2012 18:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hər zaman qəribə paltarlarıyla gündəmə gələn Amerikalı müğənni Ledi Qaqa bir ətir reklamı üçün soyunub.

"Fame" adlı ətir markası üçün hazırlanan reklamda Ledi Qaqa çılpaq şəkildə yatarkən çəkilib. Rekalmda Ledi Qaqanın çılpaq bədəninə miniatür kişilərin dırmaşma görünüşləri hazırlanıb. Steven Klein tərəfindən çəkilən fotoşəkil indidən böyük izdiham yaradıb. Ledi Qaqa isə foto çəkilişləri əsnasında gərgin olduğunu açıqlayıb.