Bakıda sərnişin avtobusdan yıxılaraq xəsarət alıb

14 Oktyabr 2014 15:58 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 12-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Eldar Sultanov 25 saylı xətlə hərəkət edən "Daewoo" markalı avtobusdan yıxılıb. E.Sultanov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.