Bu qidalar yağları əridir

14 Oktyabr 2014 17:15 (UTC+04:00)

Bədənin ehtiyac duyduğu vitamin və minerallar alınmadığı təqdirdə maddələr mübadiləsinin sürəti düşər və immunitet sistemi zəifləməyə başlayır.

Ac qaldıqda isə əzələ itkiləri və müxtəlif xəstəliklər ola bilər. Bu baxımdan sağlam qidalanmaq vacibdir. Sağlam qidalanma üsullarından biri yağ əridən qidalardan istifadədir. Həmin qidalara meyvə və tərəvəz məhsulları da aiddir. Yağ əridən qidalar toxluq hissi yaratmaqla, maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Daha çox artıq çəki problemi olanlar və pəhriz saxlayanlar üçün məsləhətdir. 

Qreypfurt, qaragilə, qırmızı bibər, kətan toxumu, yulaf, yumurta, yaşıl çay da yağ əridən qidalardan hesab olunur.


Qreypfrut

Məlumata görə 1 ədəd qreypfrutun tərkibində təxminən 40 mq C vitamini olur. Buda immunitet sistemini gücləndirməklə, insulin hormonuna təsir edir. Bunun nəticəsində iştah azalır və artıq yağlar qismən əriyir.


Qaragilə

Güclü bir antioksidant hesab olunan qaragilə çəki vermək istəyənlər üçün faydalıdır. Həm şirniyyat süfrəsində həm də salatlarda istifadə etmək olar. Qaragilə qan şəkərini nizamlayır, həzmi sürətləndirir və yağlı birləşmələrin bədəndən atılmasını təmin edir.


Qırmızı bibər

Tərkibindəki komponentlər sayəsində maddələr mübadiləsini sürətləndirir və damarlarda yığılan yağlı birləşmələrin bədəndən atılmasına kömək edir.


Kətan toxumu

Omega-3 baxımından zəngin olan kətan toxumunun yağların əriməsində təsirli olduğu bildirilir. Tərkibi aşağı nisbətdə doymuş yağ turşusu, lif, kalium, maqnezium, mis və sink kimi minerallarla qismən zəngindir. Həmçinin kətan toxumu yağ əritməklə immunitet sistemini gücləndirməyə və xolesterolu aşağı salmağa kömək edir.


Yulaf

Lif baxımından zəngin olan yulaf həddindən artıq aclıq hissini yox edir və yemək yemə istəyini ortadan qaldırır. B vitamini baxımından zəngin olan yulafın tərkibində kalsium, maqnezium, kalium, fosfor və dəmir mineralları var. Yulaf toxluq hissi xaricində stressə, yuxusuzluğa və yorğunluğa təsirlidir. Eyni zamanda qandakı şəkər nisbətini və xolesterolu salır.


Yumurta

Toxluq hissi verməsi baxımından təsirli olan qidalardan biri yumurtadır. Tərkibində keyfiyyətli zülal nisbətini ilə digər qidalardan fərqlənir. A, D, E və B qrupu vitaminləri baxımından zəngin olan yumurtada yağ məzmunu aşağıdır. Bu baxımdan normal istifadə edilə bilər. 


Yaşıl çay

Məlumata görə antioksidant xüsusiyyəti olan yaşıl çaylar da həzmi asanlaşdırır və artıq yağların əridilməsində təsir göstərir. Bu baxımdan gün ərzində bir stəkan çay içmək pis olmaz.