İki gün əvvəl neytral ərazidə ermənilər tərəfindən vurulan hərbiçimizin meyiti tapılaraq ailəsinə təhvil verilib
18 İyul 2012 13:14 (UTC+04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə
görə, ərazi mütəmadi atəşə tutulduğundan neytral bölgədə vurulmuş
Elçin Orucovu gündüz saatlarında axtarıb tapmaq mümkün olmayıb.
Qaranlıq düşdükdən sonra isə əsgərin vurulub qaldığı yeri müəyyən
etməkdə problemlər yaranıb. Yalnız dünən onun həlak olduğu məlum
olub və şəhid əsgərimizin meyiti hadisə yerindən götürülüb. Tərtər
Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Elçin
Orucovun cənazəsi əvvəlcə onun xidmət etdiyi hərbi hissəyə
gətirilib, oradan isə doğulduğu Seydimli kəndinə göndərilib. O bu
gün torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!