İŞİD-ə qoşulan fransız qızların sayı artıb

14 Oktyabr 2014 18:04 (UTC+04:00)

100 qız Fransadan Suriyaya gedərək İŞİD-ə qatılıb. Aralarında Yəhudi bir qızın da olduğu qrup Avropada günün mövzusu olub. 

Movqe.az xəbər  verir ki, 17 yaşındakı Sahara isə bunlardan yalnız biriydi. 

Sahara, cins şalvarlarını çıxardıb çarşafa büründüyünü və qatara minərkən tutulduğunu söyləyib. 15 yaşındakı Noranın isə İŞİD-li terroristlərdən döyüş təhsili aldığı deyilib. Hər iki qızın da Suriyaya Türkiyə vasitəsilə getdiyi, Fransadan İŞİD-ə qatılan 100 gənc qızdan birinin isə Yəhudi olduğu qeyd edilib. 


Fransız qızların Suriya və İraqdakı bütün cəbhələrdə vəzifə aldığı öyrənilib. İŞİD-ə qatılan Fransız qızlar arasında Tunis və Cəzayir mənşəlilər olduğu kimi Fransız əslli adların da olduğu öyrənilib. Həmçinin Almaniyadan 140, İngiltərədən isə 100-dən çox gənc qız İŞİD-ə qoşulub.