Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb

18 İyul 2012 15:07 (UTC+04:00)
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşü sentyabrın sonlarında BMT Baş Assambleyasının növbəti sessiyasının açılış mərasimi çərçivəsində baş tuta bilər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. 

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə əvvəlcə Avropa paytaxtlarından birində ayrıca görüş keçirməyi təklif ediblər. Bundan sonra isə sentyabrda Nyu-Yorkda xarici işlər nazirlərinin ikitərəfli görüşü baş tuta bilər.