Böyük Yeddilik Rusiyasız baş tutacaq

14 Oktyabr 2014 18:23 (UTC+04:00)

Böyük Yeddilik növbəti sammitini Rusiyanın iştirakı olmadan keçirməyi planlaşdırır. Movqe.az xəbər verir ki, bu haqda Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.Məlumatda G7-nin digər üzvləri olan Fransa, Böyük Britaniya, İtaliya, Yaponiya, ABŞ və Kanadanın Dövlət və hökumət başçıları ilə birgə Almaniya kanslerinin qatılacağı növbəti sammitin 2015-ci ilin iyunun 7-8-də keçiriləcəyi barədə qərar verildiyi bildirilir.Xatırladaq ki, bu il Böyük Yeddilik Ukraynaya qarşı olan təcavüzkar siyasətinə görə Rusiyanı öz sıralarından çıxardaraq sammitin Soçidə keçirilməsindən imtina etmişdi.