Restoranda qalmaqal

18 İyul 2012 17:06 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da məşhur bir fast food şəbəkəsi işçisinin kahı qablarının üzərində çəkdirdiyi fotoşəkil ağlına belə gətirə bilməyəcəyi bir nəticəyə səbəb olub. Fotoşəkildə yalnız ayaqlarının görünməsi səbəbiylə şəxsiyyətinin ortaya çıxmayacağını düşünən işçi yanılıb. Çünki eyni saytda fotoşəkilləri görən bir qrup internet istifadəçisinin onun şəxsiyyətini aşkar etməsi cəmi 15 dəqiqə vaxt alıb. Texnologiyanın köməyi ilə şəxsin harada olduğunu təsbit edən sayt üzvləri daha sonra yerli xəbər kanallarını da hadisəyə daxil edib. Bu əməkdaşlıqla da onun şəxsiyyəti göz açıb yumana qədər meydana çıxıb. İnternetdə böyük səs-küyə səbəb olan hadisədən sonra diqqətsiz işçinin işdən çıxarıldığı ifadə edilib.