Baş pediatr: "Uşaq ölümü azalıb"

14 Oktyabr 2014 18:40 (UTC+04:00)

Azərbaycanda uşaq ölümü göstərici 1992-ci illə müqayisə 3 dəfə azalıb. Movqe.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bu gün keçirilən mətbuat konfransında səsləndirib. N. Quliyev bildirib ki, həmin ildə uşaq ölümü əmsalı 29 promille olub. Onun sözlərinə görə, 2013-cü ilin yekunlarına əsasən isə ölkədə uşaq ölümü göstəricisi 10,8 primille düşüb: "Bu da o deməkdir ki, hər 1000 nəfər uşaqdan 1 yaşına çatana qədər 10-11 nəfər dünyasını dəyişir. Səhiyyə Nazirliyi tərəfindən aparılan işlərin də əsas məqsədi ölkədə bu rəqəmlərin daha da azaldılmasıdır. Uşaqların icbari dispanserizasiyası bu rəqəmlərin daha da azalmasına səbəb olacaq"