Ermənilər Qarabağda qara kürü yetişdirəcəklər

15 Oktyabr 2014 10:56 (UTC+04:00)

Erməni işğalı altında olan keçmiş Ağdərə rayonunun Madagis kəndində - Sərsəng su anbarı yaxınlığında qurulmuş balıq vətəgəsində qara kürü yetişdiriləcək. Bu ilin dekabr ayında artıq ilk məhsulun alınması gözlənilir. Movqe.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu iqtisadi layihə erməni diasporunun ayırdığı vəsait hesabına və Almaniya mütəxəssislərinin dəstəyi ilə həyata keçirilir. Layihəyə əsasən ermənilər 4 ildən sonra Qarabağdan qara kürünün ilk partiyasını ixrac etməyi planlaşdırırlar. 7 ildən sonra isə bu işlə məşğul olan şirkət ildə 30 ton kürü istehsal etməyi nəzərdə tutmaqla "Artsax"ı bu sahədə "liderlərdən birinə çevirmək" niyyətindədir.