Cadugərlər bayramı üçün telefonla köynəyinizə şəkil çəkin - Video

15 Oktyabr 2014 13:17 (UTC+04:00)

Halloven bayramı yaxınlaşdıqca həmin günə uyğun qorxu yaradan paltarlar almaq vacib hala gəlir. 20.99 sterlinqə olan "Morph Costumes" köynəkləri və Digital Dudz  proqramı vasitəsilə istədiyiniz dəhşətli görüntünü özünüzdə yarada bilərsiniz. Necə? Movqe.az həmin görüntüləri təqdim edir:

Gif 1


Halloven qədim İrlandiyanın və Şotlandiyanın mədəniyyətinə aiddir. Hansı ki, müasir Böyük Britaniya və Şimali Fransaya da öz təsirini göstərdi. Bu bayram hər il oktyabrın 31-i Müqəddəslər günündə qeyd olunur. İngilisdilli ölkələrdə qeyd olunmaına baxmayaraq bu rəsmi bayram hesab edilmir. 20-ci əsrin sonlarından etibarən bu bayramın qeyd edilməsi Qərb ölkələri, MDB və Şərqi Avropaya da yayıldı. Bu bayram həmçinin Yaponiya, Cənubi Koreya, Sinqapur, Avstraliya, Yeni Zelandiya kimi lkələrdə, eləcə də Amerikanın çox yaxın əlaqədə olduğu ölkələrdə qeyd olunmağa başladı. Son zamanlar isə Rusiyada da qeyd olunmağa başlayıb.

How to

Bu birmənalı bayram sayılmaz. Amerikada bu bayram konfet və bayrama məxsus kostyumların geyilməsi ilə xarakterizə olunursa, Avropada əsas atribut su və çörəkdir. Bu vasitə ilə insanlar əcdadlarını yad edirlər. Rusiyada isə din rəhbərlərinin qərarına əsasən bu bayram "qanunsuz" hesab edilir.
9-cu əsrdə bu bayram xristianların daimi qeyd etdikləri dini bayram hesab olunan katolik günü ilə eyni gendə qeyd olunurdu. Bütün müqəddəslərin günü-All Hallows Even. Daha sonra onu Hallowe'en, ən sonda isə Halloween adlandırdılar. Bu bayramla bağlı bir sıra ənənələr dəyişməzdir.
 Bu bayramda hər kəs qara qüvvələri əks etdirən kostyumlar geyinir və masqaradlar təşkil edirlər. Bayramın dəyişməz simvolu -balqabaq başıdır. Balqabaq məhsul yığımının bitməsini, qəddar ruh və alov rəmzləşdirir. Bu gecədə uşaqlar qışqıraraq evlərin qapısını döyür "Treat or trick!"- "Qonaq et yoxsa peşman olarsan" deyirlər. Əgər siz qurbanı gətirməsəz, bu balaca şeytanlar sizinlə əylənməyə başlayacaqlar. 

Gif 2