MTRŞ səlahiyyətlisindən falçıları efirə çıxaran kalan və verilişlərə status...
15 Oktyabr 2014 14:58 (UTC+04:00)
Milli Televiziya və Radio Şurasının (MTRŞ)
Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin
müdiri Təvəkkül Dadaşov ekstrasens və falçıları efirə çıxaran kanal
və verilişləri tənqid edib. Movqe.az xəbər verir ki, bu barədə T.
Dadaşov özünün sosial şəbəkədəki hesabında belə bir status yazıb:
"Dünən Space-də yayımlanan "Günaydın" verilişinə baxmalı
oldum, necə deyərlər, işimin icabı. Verilişə vergili insanlar-
ekstrasenslər, falçılar dəvət edilmişdi və onlar necə olub belə
vergili olmalarının tarixçəsini danışırdılar. Məsələn, baxıcı
Yeganə dedi ki, mən xeyli müddət dəlixanada yatmışam, Aqil adında
baxıcı dedi ki, vaxtilə ciddi əsəb gərginliyi, stress, depressiya
keçirib, "ekstrasens" Tamella isə dedi ki, uşaqlıqdan mənə dəli,
havalı, gic deyirdilər. Bu etiraflardan sonra belələrini
qınayanlara, verilişə "ekspert" kimi dəvət edib reytinq
qazananlara, eyni zamanda onlara inananlara, onların yanına şəfa
dalınca gedənlərə nə deyəsən...Adam dilinən deyir də ki, mən
dəliyəm, gicəm, ruhi xəstəyəm..."
MTRŞ səlahiyyətlisinin bu statusu sosial
şəbəkədə müzakirə obyektinə çevrilib.