Hollande: “Türkiyə mütləq sərhədi açmalıdır”

15 Oktyabr 2014 17:10 (UTC+04:00)

Fransa Prezidenti Hollande Türkiyədən silah yardımı üçün sərhədi açmağını istəyib. O, Parisdə etdiyi çıxışında, Kobanidəki suriyalı kürdlərə yardım edilə bilməsi üçün "Türkiyə mütləq sərhədi açmalıdır" deyib. Movqe.az xəbər verir ki, Kobanini "simvolik bölgə" adlandıran Hollandeölkəsinin "terrorizmə" qarşı döyüşənlərə yardım edəcəyini deyib.

Fransa prezidenti Fransua Hollande, İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qatılan bütün ölkələrdən mülayim Suriyalı müxaliflərə silah göndərmələrini də istəyib.