Motosiklet qrupu İŞİD-lə döyüşməyə getdi

15 Oktyabr 2014 16:47 (UTC+04:00)

Hollandiyalı motosiklet klubu "No Surrende"in üç üzvü, İraq Şam İslam Dövlətiylə döyüşmək üçün Suriyaya gedib. 


Movqe.az xəbər verir ki, Hollandiyalı motosiklet klubu "No Surrender"in başçısı Klaas Otto, klublarından üç nəfərin İŞİD-lə döyüşmək üçün keçən həftə Suriyaya getdiyini açıqlayıb. 


Daily Mailin xəbərinə görə, Amsterdam, Rotterdam və Bredadan Suriyaya gedən üç şəxsin kalaşnikovla çəkilmiş fotoşəkilləri ortaya çıxmışdı. Prokuror spikeri Vim de Bruin, "Xarici  silahlı qüvvəyə qatılmağın əvvəl cəzası vardı, lakin indi qadağan deyil. Hollandiyaya qarşı döyüşməyəcəksiniz "sözləriylə qaydaları açıqlayıb.