İŞİD bir addımlıqda
15 Oktyabr 2014 23:16 (UTC+04:00)
İŞİD terror qruplaşması İraqın şimalında zəbt
etdiyi şəhərlər sırasına birini də əlavə
edib.
ANS TV-nin məlumatına görə, Anbar vilayətinin Hit
şəhəri də artıq İŞİD silahlılarının nəzarətinə keçib. İraq ordusu,
kürd dəstələri terrorçuların qarşısında davam gətirə bilməyərək
şəhəri tərk edib. Əvəzində Hit şəhəri ilə bərabər İŞİD-in daha da
güclənməsi üçün onlara xeyli silah sursat hədiyyə etmiş olublar.
İraq döyüşçüləri ikinci iri hərbi baza olan Asad bazasına
çəkiliblər. Bu baza da İŞİD-in mühasirəsindədir. Bazanın ələ
keçəcəyi təqdirdə Bağdadın işğalı qaçılmaz olacaq. İŞİD
silahlılarının Bağdadın 12 kilometrliyində olduğu, döyüşlərin
Bağdad aeroportu yaxınlığında getdiyi
bilidirilir.
Aeroportun terrorçuların əlinə keçmə təhlükəsi
böyükdür. İŞİD Bağdadı içəridən də sarsıtmağa başlayıb. Kazımiyyə
rayonunda avtomobilə yerləşdirilmiş partlayıcının işə düşməsi
nəticəsində 32 nəfər ölüb, 52 nəfər yaralanıb. Partlayış hərbi
postun yaxınlığında baş verib. Ölənlər arasında, eyni zamanda,
parlamentin şiə deputatı Əhməd əl-Xəfəci də var. Hücuma görə, İŞİD
terrorçu qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Son 3 gündə,
əsasən, şiələrin məskunlaşdığı bölgələrdə baş verən partlayışlar
zamanı ölənlərin sayı 70-i keçib.
ABŞ-ın avia zərbələri, Suriyanın Kobani
vilayətində olduğu kimi İraqda da nəticəsizdi. İŞİD yaraqlıları
hücümlarının kəsərini artırırlar. Birləşmiş Ştatlar prezidenti
Barak Obama uzunmüddətli müharibə olacağı proqnozunu
verib.