Qarın yağlarını əridən möhtəşəm 7 içki

16 Oktyabr 2014 13:16 (UTC+04:00)

Artıq çəki hamının başının bəlasıdır. Bədənin hansı bölgəsində olursa-olsun, artıq çəki xoşa gələn deyil. Heç bir yerdə də gözəl görünmür, amma elə bir yer vardır ki, burada toplanan yağlar digər yerlərdən daha təhlükəlidir. Həm görüntü baxımından, həm də səhiyyə prizmasında qarın bölgəsindəki yağlar çox pis görünür. Bu hal qadınları daha çox narahat edir. Göbək nahiyəsində toplanan yağlar qarnımızın içinə qədər girir və daxili orqanlarımıza zərər verir.


Göbək qalınlığının müəyyən bir standartı var. 70-93 sm qarın ətrafı normal, 94-101 sm risk, 102 sm və yuxarı göbək ətrafı yüksək risk deməkdir. Bu qədər risk daşıyan göbək yağlarından həyatımızı daha çox təhlükəyə salmadan xilas olmaq lazımdır. Sizə qarın əridən möhtəşəm 7 içki reseptini təqdim edirik:


Soyuq su

Bədəninizin daha çox kalori yandırmasına yardımçı olmaq üçün buz kimi soyuq su için. Soyuq su qarın yağlarını əritmək üçün ən yaxşı içkidir. Kalorisi 0-dır, mədənizdə doyma hissinə səbəb olur və orqanizm soyuq suyu qızdırmaq üçün enerji sərf edir, bunun sonunda kalori yandırma baş verir.


Alman alimləri apardıqları təcrübə müddətində gündə 2 stəkan soyuq su içən şəxsdə metabolizm prosesinin ən az 30 faiz artdığını müşahidə etmişlər. Xüsusilə, ac qarnına soyuq içmək daha təsirli üsuldur, bu, sizə həm toxluq hissi verir, həm də mədə boş olarkən yağ hüceyrələrini parçalamaq daha asandır.


Süd

Keçmişdə gözəllik məqsədi ilə qəbul edilən süd vannalarının bir çox təsirli xüsusiyyətləri var. Bu da metabolizm sürətini artırmasıdır. Südün bu yeni kəşf edilən faydası yağ yandırma məsələsində olduqca təsirli olduğunu göstərir. Amma çoxları südün metabolizmin sürətini artırdığı haqqında çox da məlumatlı deyil. Süd kalsium baxımından zəngindir, bu vəziyyət xüsusilə qarın bölgəsindəki yağ hüceyrələrini məhv edərək qarın yağlarının qısa müddətdə əriməsinə kömək edir. Bunun üçün gündə 2 stəkan yağsız süd içmək tövsiyə olunur. Araşdırmalar gündə iki stəkan süd istehlakının bir ayda 2-4 kilo yağ itkisinə gətirdiyini göstərir. Sadəcə şəkərsiz və yağsız içməyə diqqət edin.


Nanəli çay

Nanəli çay həm özünüzü daha yaxşı hiss etməyə, həm də qarnı düzləşdirmək üçün də olduqca faydalıdır. Nanəli çay yüksək kalorili qidaların daha tez həzm olunmasına gətirib çıxarır. Mədə yağlanmasının və şişkinliyin də qarşısını alır.


Ananas

Ananas meyvəsi özü çox faydalı olduğu kimi, suyu da bir çox dərdin dərmanıdır. Ananas suyu qarın yağlarını əritmək üçün ideal içkidir. Dünya ulduzlarının bir çoxu bu üsulla ideal formada qala bilir. İçinə bir qaşıq kətan yağı əlavə edərək qarın düzləşdirici içki kimi istifadə edə bilərsiniz. Ananas həzm sistemini yaxşılaşdırdığı kimi qarın şişkinliyinin də qarşısını alır.


Yaşıl çay

Hər gün mütləq 1-2 stəkan yaşıl çay için. Yaşıl çayın yağları çox təsirli şəkildə yandırdığı dəfələrlə araşdırılıb. Bu araşdırmalarda mütəmadi olaraq yaşıl çay içənlərin bədənlərində enerji xərcinin artdığı və yağ kütləsinin azaldığı müşahidə olunub. Yaşıl çayın içindəki maddələr metabolizm nisbətini 4 faiz artırır. Bu gündə 70 kalori daha çox yandırmaq, həmçinin yavaş və sağlam şəkildə arıqlamaq deməkdir. Yaşıl çayın tərkibindəki katexin maddəsi xüsusilə göbək ətrafındakı yağları qısa müddətdə parçalayır. Bir sözlə, yaşıl çay sizi ideal bədən quruluşuna daha tez qovuşdurur.


Alma sirkəsi

Bu ərzaq qaraciyər detoksuna yardımçı olmaq üçün çox təsirlidir. Qaraciyər yağ yandırmaq üçün böyük rol oynayan orqandır. Sağlam qaraciyər bədənin hər yerində toplanan yağlarını nizamlı şəkildə yandırması deməkdir.


Alma sirkəsi xüsusilə göbək yağını əritmək üçün çox təsirlidir. Mədənizdə problem yoxdursa, hər səhər bir stəkan ilıqla isti arası suya 1 çay qaşığı alma sirkəsi və 1 çay qaşığı bal əlavə edib için. Bu  içki sizə qısa müddətdə arıqlamağa və göbək yağlardan xilas olmağı təmin edəcəkdir.


Soya südü və buğda zülallı içkilər

Soya və taxıl ən mühüm zülal mənbəyidir. Bunları maye olaraq istehlak etmək, qatı olanlara nisbətən daha asandır. Hər iki içki əsəblərinizi gücləndirmək və metabolizmi işlətmək üçün ideal seçimdir. Əzələ nisbətinin artması isə güclü əzələlər, sürətli kalori yandırmaq deməkdir. Amerikalı düzgün qidalanma mütəxəssisləri hər gün soya südü içən adamların qarın bölgəsindəki yağların daha tez əridiyini aşkarlayıb.


Alabama Universiteti tərəfindən aparılan araşdırmaya görə, soya südü şəkərin yağa çevrilməsini əngəlləyərək qarın bölgəsindəki yağların əriməsini təmin edir. Araşdırmanı aparan mütəxəssislərdən həkim Daniel Kristi soya südlü içkilərin qarın yağlarını yox etdiyini bildirib.(tabloid.az)