ABŞ və Rusiya prezidentləri telefon vasitəsi ilə Suriyadakı vəziyyəti müzakirə ediblər

19 İyul 2012 00:55 (UTC+04:00)
Movqe.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün ABŞ və Rusiya prezidentləri telefon vasitəsi ilə Suriyadakı vəziyyəti müzakirə ediblər.  Bu haqda məlumatı Rusiyanın dövlət mətbuat katibi Dmitri Peskov verib. Onun sözlərinə görə, bütünlükdə məqsəd bir olsa da, məsələyə yanaşmada fərqlər qalmaqdadır.  Suriyada anti-hökümət etirazları artıq bir ildən çoxdur ki,davam edir.