Azərbaycan çempionatı: "İnter" "Simurq"a, "Araz Naxçıvan" AZAL-a qarşı

18 Oktyabr 2014 13:02 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları davam edir.

Movqe.Az qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək. Turnir cədvəlinin autsayderi "Araz Naxçıvan" öz meydanında AZAL-ı qəbul edəcək.

Digər görüşdə isə paytaxtın "İnter" klubu doğma meydanda "Simurq"la qarşılaşacaq.

Qeyd edək ki, Premyer Liqada 8-ci tura oktyabrın 19-da keçiriləcək "Xəzər Lənkəran" - "Bakı" oyunu ilə yekun vurulacaq.

18 oktyabr (şənbə)

15:00. "Araz Naxçıvan" – AZAL
Hakimlər:
Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov
Naxçıvan Muxtar Respublika stadionu.

18:00. "İnter"- "Simurq"
Hakimlər:
İnqilab Məmmədov, Munis Abdullayev, Coşqun Həsənov, Ziya Nəsirov
Bakı. "İnter Arena".


19 oktyabr (bazar)

17:00. "Xəzər Lənkəran" – "Bakı"
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov
Lənkəran şəhəri. "Xəzər Lənkəran" mərkəzi stadionu.

17 oktyabr (cümə)

19:30. "Qarabağ" – "Qəbələ" - 2:0
Qol:
Vüqar Nadirov, 45+2 (1:0), Reynaldo, 90-pen (2:0)
Hakimlər:Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
Tofiq Bəhramov adına Respublika stadionu.

16:00. "Sumqayıt" – "Neftçi" - 0:1
Qol:
Ernest Nfor, 12 (0:1)
Hakimlər:Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
Sumqayıt şəhər stadionu.


Turnir cədvəli


N Klublar O Q H M T-F X
1 İnter 7 4 2 1 20-4 14
2 Qarabağ 7 4 2 1 11-6 14
3 Neftçi 7 4 1 2 6-7 13
4 Sumqayıt 8 4 0 4 10-11 12
5 Qəbələ 8 3 2 3 7-10 11
6 Simurq 7 3 0 4 9-8 9
7 Xəzər Lənkəran 7 2 2 3 5-6 8
8 AZAL 6 2 2 2 5-8 8
9 Bakı 7 2 1 4 6-15 7
10 Araz Naxçıvan 6 1 0 5 5-9 3





Bombardirlər:

Mikel Alvaro ("İnter") - 5 qol
Məhəmməd Qurbanov ("Sumqayıt") - 4 qol
Baçana Sxadadze ("İnter") - 3 qol
Rəşad Eyyubov ("Simurq") - 3 qol
Cavid Hüseynov ("Qəbələ") - 3 qol