Ukraynadan Rusiyaya nota
18 Oktyabr 2014 22:15 (UTC+04:00)
Ukrayna Rusiyaya nota verib.
Movqe.az-ın Milli.az-a istinadən xəbər verir ki , bu barədə Ukrayna
Xarici İşlər Nazirliyinin rəsmisi Yevqeni Prebeynos açıqlama
verib.
Onun sözlərinə görə, Ukrayna XİN rus jurnalistlərin ölümündə
təqsirli bilinən pilot Nadejda Savçenkonun psixiatrik ekspertizaya
göndərilməsi səbəbindən Rusiyaya nota verib.
"Biz Rusiya Xarici İşlər Nazirliyinə nota göndərdik. Çünki
ukraynalı pilot Nadejda Savçenko psixiatrik ekspertiza zamanı
işgəncələrə məruz qalır", - deyə XİN-in açıqlamasında
bildirilir.
Oktyabrın 13-də Savçenko stasionar psixoloji-psixiatrik
ekpertizadan keçirilməsi üçün Moskvaya gətirilib.
Qeyd edək ki, Savçenko bu ilin yay aylarında tutulub. O, Ukraynanın
şərqində rusiyalı jurnalistlərin ölümündə ittiham olunur.