Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

18 Oktyabr 2014 14:00 (UTC+04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidməti Azərbaycan Prezidentiİlham Əliyevtərəfindən imzalanan əfv sərəncamının icrasına başlayıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, Sərəncam ümumilikdə 84 nəfərə şamil olunub. Əfv olunanlar arasında 2 İran, 2 Gürcüstan, 1 Türkiyə və 1 Pakistan vətəndaşı da var.
Həmçinin, bir müddət əvvəl Azərbaycan Prezidentinə əfv olunmaları ilə bağlı müraciət edən "Nida" Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də əfv sərəncamı ilə azadlığa buraxılıblar.