Ermənilər Azərbaycan ordusunun mövqelərini atəş tutublar

18 Oktyabr 2014 14:19 (UTC+04:00)
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 11 dəfə pozulub.

Movqe.az xəbər verir ki , Nazirlikdən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.