Çində məmur ölüm cəzasına məhkum edildi

18 Oktyabr 2014 17:15 (UTC+04:00)

Çin Xalq Respublikası Dəmir Yolları Nazirliyinin baş mühəndisinin müavinini Çjan Şuquan rüşvətxorluqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunaraq möhlətlə ölüm cəzasına məhkum olunub.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, "Xinhua" xəbər agentliyi məmurun həmçinin siyasi hüquqlardan ömürlük məhrum edildiyini və əmlakının müsadirə olunacağını bildirib.

İstintaq materiallarına görə, Şuquan 2000-2011-ci illərdə 47 milyon yuan (7,65 milyon dollar) mənimsəyib. Ç.Şuquana qarşı qaldırılan cinayət işini korrupsiyaya qarşı genişmiqyaslı kampaniya ilə bağlayırlar. Hazırda Çində həyata keçirilən antikorrupsiya kampaniyasında onlarla yüksək vəzifəli məmur və dövlət şirkətlərinin menecerləri istintaqa cəlb olunub.

Qeyd edək ki, "möhlətlə ölüm cəzası" dedikdə Çində ömürlük həbs nzərdə tutulur. Bir şərtlə ki, məhbus həbsxanada nümunəvi davranış göstərməlidi.