Ebru Gündeşin azərbaycanlı ərinin məhkəməsində yeni xəbər
18 Oktyabr 2014 13:15 (UTC+04:00)
Türkiyədə 17 dekabrda rüşvət əməliyyatı zamanı həbs edilən
və daha sonra azadlığa buraxılan Rza Zərrabla bağlı məhkəmə son
qərarı qəbul edib.
Movqe.az-ın Axşam.az-a istinadən xəbərinə görə, hakim Əkrəm Aydıner
305 gün sonra əməliyyatda adları keçən şəxslərin izlənməsini ləğv
etdi.
65 səhifəlik qərarda müğənni Ebru Gündeşin həyat yoldaşı, iş adamı
Rıza Zərrabın da adı yer alıb. Məhkəmədə adları keçən şəxslərlə
bağlı "Lazımı qədər məlumat əldə edilmədiyi, iddia olunan
günahlandırmanın təsdiqini tapmadığı, heç bir şübhəli halın
aşkarlanmadığı" bildirilib.
Qərar dəqiqləşdikdən sonra şübhəli kimi saxlanılan şəxslərin
yoxlanması ilə yanaşı mülkləri üzərinə qoyulan qadağalar da ləğv
ediləcək.
Qeyd edək ki, Rza Zərrab məhkəməyə xaricə çıxışının qadağan
edilməsi ilə bağlı müraciət edib və qoyulan qadağa aradan
qaldırılməşdı. Ancaq Zərrabın hər həftənin cümə günü məhkəməyə
gələrək imza atması qüvvədə saxlanılmışdı.