Azərbaycanda "KamAZ" su kanalına aşıb
19 Oktyabr 2014 00:11 (UTC+04:00)
Bu gün səhər saatlarında Yevlax rayonu ərazisində,
Xaldan-Mingəçevir magistralında yol nəqliyyat hadisəsi baş
verib.
Movqe.az Milli.Az-a istinadən bildirir ki, Mingəçevir şəhəri,
Nəriman Nərimanov küçəsi, ev 6, mənzil 13-də yaşayanAsif
Teymur oğlu Hüseynovidarə etdiyi "KamAZ" markalı yük
maşınını aşırıb. "KamAZ" su kanalına düşüb. Hadisəyə sürücünün
idarəetməni itirməsi səbəb olub. Qəza zamanı xəsarət alan olmasa
da, maşına ciddi ziyan dəyib. Faktla bağlı Yevlax Rayon Baş Dövlət
Yol Polisi bölməsində araşdırma aparılır .