Honkonqda qarşıdurma: 15 yaralı

19 Oktyabr 2014 11:11 (UTC+04:00)

Honkonqda keçirilən etiraz aksiyasında polislərlə nümayişçilər arasında qarşıdurma baş verib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Honkonq polisi şəhərin MonKok rayonunu zəbt edən nümayişçiləri bibər qazı və dəyənəklərlə dağıtmağa cəhd edib. Şənbə günü baş verən qarşıdurma zamanı rəsmilər 26 nəfərin saxlandığını və 15 polis işçisinin yaralandığını bildirib.