Rusiyada polisə hücum: ölən və yaralılar var
19 Oktyabr 2014 16:00 (UTC+04:00)
Rusiyanın Kabardin-Balkar respublikasında yol-patrul xidmətinin
polis əməkdaşları naməlum silahlıların hücumuna məruz qalıb.
Movqe.az milli.az-a istinadən xəbər verir ki, paytaxt Nalçikdə
qeydə alınan hadisə zamanı polis əməkdaşlarından biri ölüb, biri
isə yaralanıb.
BBC telekanalı bildirib ki, polis şübhəlilərin avtomobilini yoxlama
üçün saxlayan zaman baş verib. Polis sürücünün sənədlərini yoxlamaq
istəyib. Bu zaman avtomobildəki sərnişinlər polisə atəş açmağa
başlayıblar.
Atışma zamanı polis hücum edən şəxslərdən biri zərərsizləşdirməyi
bacarıb. Lakin digər 3 nəfər qaçmağa müvəffəq olub.
Faktla bağlı istintaq başladılıb. Zorakı şəxslər axtarışa
verilib.