İŞİD Karagolu tərk etdi

19 Oktyabr 2014 17:02 (UTC+04:00)

İraqın Diyale mahalında əsgərlərlə döyüşdə İŞİD geri çəkilməyə məcbur olub.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, terrroçulara qarşı keçirilən əməliyyatda Səlahəddinlə Diyale mahalı arasındakı Karagol bölgəsi İŞİD-dən azad edilib.

İraq Ordusunun generalı Ali Fadil deyib ki, ordu və aşirətlərin yardımı ilə terrorçulardan alınan ərazidə nəzarət gücləndirilib.