Bağdadda partlayış: 24 ölü

19 Oktyabr 2014 18:19 (UTC+04:00)

Ötən gün İraqın paytaxtında yenidən terror aktı törədilib.

Movqe.az-ın publika.az-a istinadən verdiyi məlumata görə, silsilə partlayışlr nəticəsində 24 nəfər həlak olub, onlarla şəxs yaralanıb. Partlayışların əsasən şiələrin sıx məskunlaşdığı Bələdiyyat məhəlləsində həyata keçirildiyi bildirilir.

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.