İraq parlamentindən konstruktiv qərar

19 Oktyabr 2014 19:11 (UTC+04:00)

İraq parlamenti müdafiə və daxili işlər naziri vəzifələrinə təyinatla bağlı qərar qəbul edib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, parlament sünni deputat Xalid Əl-Obeydini müdafiə naziri, şiə deputat Məhəmməd Əl-Qəbbanı isə daxili işlər naziri vəzifəsinə təyin edib.

ABŞ dövlət katibi təyinatları irəliyə doğru pozitiv addım kimi qiymətləndirib. Con Kerri deyib ki, bu vəzifələr İŞİD-lə birgə mübarizəyə yardım etmək üçün ən mühüm vəzifələrdir.

Qanunvericilər nazirlər kabinetinin əksər hissəsini ötən ay təsdiq edib.

Qeyd edək ki, bu iki nazirliyin nəzarəti uğrunda siyasi partiyalar arasında uzun zaman idi çəkişmələr davam edirdi.