Azərbaycanda avtomobil ağaca çırpılıb, ölən var

19 Oktyabr 2014 20:16 (UTC+04:00)
Qusarda avtomobil ağaca çırpılıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Qusar rayonu, Girik kəndi ərazisində 1956-cı il təvəllüdlüQaflanov Şaiq Səbətulla oğluna məxsus "MİTSUBİSHİ" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb və vəfat edib.
Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.