Səidə Sultan: "Utanıram, bacarmıram"

19 Oktyabr 2014 23:00 (UTC+04:00)
Vaqif Gərayzadənin tələbələri sırasında ifaçıSəidə Sultanda var. Müğənniyə bəlkə də ən çox ünvanlanan suallardan biri də "Niyə digər tələbələr kimi məşhurlaşa bilmirsiz?" olur.

Movqe.Az gecce.az-a istinadən xəbər verir ki, bu sualların əlindən təngə gələn Səidə iddiaları belə cavablayıb.

"Hamımız da eyniyik. Amma iş baxımından biri digərindən daha öndə ola bilər. Buna səbəb mənim işimi sona kimi çatdırmamağımdır. Çox deyirlər ki, tənbəlsən. Yox, bu tənbəllik deyil. Hər şeyi maliyyə ilə bağlayıram.

Sponsorluq sarıdan bacarıqsız deyə bilməzdim. Mən insanlardan istifadə edə bilmirəm. Utanıram, bacarmıram. İşimin xatirinə belə olsa, milyonları olan insana yaltaqlana bilmərəm. Xoşum gəlmirsə, deyirəm."