Potuqaliyada çıxış edən futbolçumuzun klubu qalib gəldi

19 Oktyabr 2014 19:41 (UTC+04:00)

Portuqaliya Kubokunda III turun oyunları keçirilir. Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, "Qəbələ"nin keçmiş futbolçusu Amit Quluzadənin çıxış etdiyi "Atletico" öz meydanında "Beira Mar" klubunu qəbul edib. Lissabon klubu rəqibini 3:0 hesablı ilə məğlub edib.

Bu görüşdə Quluzadə də mübarizə aparıb. O, fasilədən sonra Kikinin yerinə meydana çıxıb.

Qeyd edək ki, Amit "Atletico"nun heyətində ilk oyununu avqustun 31-də "Trofense"yə qarşı keçirmişdi. Bu matçda 37 dəqiqə oynayan futbolçumuz zədə aldığından həmin vaxtdan meydana çıxa bilməmişdi.