Azərbaycanda 100 km dəmiryolu təmir olunacaq

19 İyul 2012 13:13 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Yevlax-Mingəçevir mənzilində 2553 metr yolun əsaslı təmirinə start verilib. 

Qeyd edək ki, təmir işləri üç gün davam edəcək və bununla da ilk 100 km yolun əsaslı təmiri başa çatacaq. Xatırladaq ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. Dövlət Proqramı çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

 

Türkan Nadirqızı

Movqe.Az