Hər dərdə dəva qarpız

19 İyul 2012 13:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, Çin, Türkiyə, İran, Azərbaycan və Amerika başda olmaq üzrə bir çox ölkədə yetişən qarpız 1200-dən çox növü olan qovun və balqabaq kimi yerdə yetişən bitkilərdən biridir. Yüksək nisbətdə likopen ehtiva etməsi, qabığına yaxın qisimlərdə saxladığı bir alfa amin turşusu olan sitrulin və beta karoten baxımından zəngin bir qaynaq olması qarpızın həyat xilas edən bir meyvə olaraq əsrlərdir istehlak edilməsini təmin edib.

Likopen, ürək və damar xəstəliyi, xərçəng, şəkər başda olmaqla bir çox narahatlığın qarşısının alınmasında təsirli olan bir antioksidandır. 1 boşqab qarpızdan olan likopen miqdarı orta hesabla iki orta boy pomidordakı likopen miqdarı qədərdir. Böyük bir dilim qarpız beta karoten ehtiyacının 30 faizini, gündəlik C vitamini ehtiyacının 80 faizini qarşılayır.

Sağlam həyat tərzi seçimləri, kafi və balanslı bir diyetə əlavə olaraq istehlak edəcəyiniz 1 boşqab qarpız LDL xolesterolun oksidasyonu qabaqlayaraq sizi damar tutulmalarına qarşı qoruyar. Zəngin kalium ilə ürək funksiyalarını tarazlaşdırar, qan təzyiqinin istənən səviyyədə olmasına köməkçi olar.

Qarpız tərkibindəki C vitamini, betakaroten və bağırsaqların düzgün işləməsinə kömək olan lif sayəsində bəzi xərçənglərə qarşı qoruma təmin edə bilər. Kişilərdə isə digər meyvələrə əlavə olaraq qarpız istehlakının kolerakteal xərçəng meydana gəlmə və prostat xərçənginin inkişaf riskini azaltdığı məlum edilib.

Qarpız qabığında olan alfa aminoasid olan sitrulin bədəndəki fermentlərlə reaksiyaya girərək damar genişlənməsinə kömək edən "nitrik oksid" deyilən maddənin istehsalında istifadə edilən, ürək, qan dövranı və immunitet sisteminə müsbət təsirləri olan "arginine" adlı aminoasidə çevrilir. Sərtləşmə problem yaşayan fərdlərdə nitrik oksid problemin həll edilməsinə bir miqdar köməkçi olan qarpızı tək həll nöqtəsi olaraq görüb həddindən artıq miqdarda qarpız istehlak etmək yerinə mütləq bir həkimə müraciət edilməlidir.

Unutmayın ki,  Paraselsusun da dediyi kimi "dərman ilə zəhər arasındakı tək fərq miqdardır".  Fikir vermədən lazım olandan çox yeyilən qarpızın bizlərə çox kilo verəcəyini nəzərə alaraq məqbul miqdarda qəbul etməliyik.