“Facebook”dan seçki qeydiyyatı

19 İyul 2012 14:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Vaşinqton əyaləti seçicilərin səsvermə zamanı ictimai paylaşma şəbəkəsi feysbukdan istifadə etməyə icazə verəcək. Əyalət rəsmiləri feysbukda istifadə olunacaq proqramın növbəti həftədən etibarən yüklənə biləcəyini, bunun isə seçicilər üçün təbii bir yol olduğunu açıqlayıb. Səlahiyyətlilər feysbuk  şirkətinin seçicinin adı və doğum tarixindən başqa bir məlumat yığa bilməyəcəyini də vurğulayıb. Seçki müdiri Şane Hamlin "Associated Press" xəbər agentliyinə verdiyi müsahibəsində  "İctimai media və internet vasitəsilə xidməti asanlaşdırmaq təbii bir addımdır. Beləcə insanlar öz yaxınlarını, dostlarını da seçki qeydindən keçməyə razı edəcək" deyib.