Bir neçə rayonunun qazı kəsiləcək

21 Oktyabr 2014 13:07 (UTC+04:00)

Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, bu gün saat 13:00-dək Ağsu, saat 13:00-dan 15:00-dək Ucar, saat 14:00-dan 16:00-dək isə İsmayıllı və Samux rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.   

Fasilə qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.