Bakıda 15 yaşlı qızın ölümünə təmizlik işləri səbəb oldu

19 İyul 2012 14:12 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakıda 15 yaşlı qızın təmizlik işləri faciə ilə bitdi.

15 yaşlı yeniyetmə qız eyvanda təmizlik işləri apararkən 8-ci mərtəbədən yıxılıb.Hadisə Bakı şəhərində baş verib. 15 yaşlı qız faciəli şəkildə ölüb.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə baş verib.Rayon sakini, 15 yaşlı Gülüm Zahir qızı Abdullayeva eyvanda təmizlik işləri apararkən 8-ci mərtəbədən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az