Rza Zərrabın sərvəti açıqlandı

22 Oktyabr 2014 11:59 (UTC+04:00)

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rza Zərrabın əmlak siyahısı barədə məlumat verilib.

 

Türkiyədə 17 dekabr "böyük rüşvət" əməliyyatında saxlanılaraq, sonra azad edilən Rza Zərrabın son vaxtlar ailəsinə bahalı hədiyyələr etməsindən sonra onun nə qədər sərvəti olduğu da açıqlanıb. Bu barədə Türkiyənin "Aydınlık" qəzeti yazıb.  

 

Məqalədə iş adamının 31 yaşı olmasına baxmayaraq, 300 milyonluq daşınmaz əmlaka, 30 milyonluq bank ipotekasına sahib olduğu və Türkiyənin müxtəlif yerlərində aldığı torpaq sahələrinin, iş yerlərinin siyahısı barədə ətraflı məlumat yazılıb.   

 

Xatırladaq ki, məşhur türk müğənnisi Ebru Gündeşlə evli olan iş adamı bir neçə gün əvvəl qızı Alara üçün Bursanın Qaracabəy rayonunda aldığı ərazidə 20 atın saxlanılması üçün at tövləsi tikdirmiş və onun adına keçirmişdi. (Teleqrafcom)