Buzlaqlar əriməyə davam edir

19 İyul 2012 15:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Qrenlandiya şimalındakı Peterman buzlağından nəhəng bir buz parçanın qopduğu bildirilib. Amerika Hava və Kosmos Agentliyi (NASA) peyk görüntülərinə əsaslanaraq bazar ertəsi Peterman buzlağından təxminən 120 kvadrat kilometr böyüklüyündə bir buz parçasının qopduğunu açıqlayıb. Elm adamları Petermann buzlağındakı böyük buz çatını uzun müddətdir izləyirdi.Delavare Universitetindən Andreas Muençov son 150 illik məlumatlar tədqiq olunduğunda Şimal Qütbündə çox böyük dəyişikliklərin meydana gəldiyinin müşahidə olunduğunu və qlobal istiləşmənin təsirlərinin çox ciddi ölçülərə çatdığını açıqlayıb. Buzlaqdan qopan parçanın dəniz səviyyəsinin yüksəlməsinə hər hansı bir təzyiq etməsi gözlənilmir. Peterman buzlağından qopan parçalar, gəmi nəqliyyatı baxımından böyük təhlükə yaradır və bəzən Kanadadakı Nyufaundland sahillərinə qədər çata bilir.