Ermənistanın sabiq baş naziri Serj Sarkisyanı biabır etdi

11 Aprel 2012 11:34 (UTC+04:00)

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan prezident Serj Sarkisyana açıq məktub ünvanlayıb. SİA-nın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, sabiq baş nazir Serj Sarkisyanın çıxışını həqiqətdən kənar adlandırıb: "Mən dövlət tərəfindən aparılan siyasətə müdaxilə etmək niyyətində deyiləm. Lakin iqtisadi rəqəmlərə münasibət bildirmək istərdim. Serj Sarkisyan deyir ki, büdcəni 4 milyard dollara çatdıracaq. Amma onun işlədiyi 3 il ərzində 2,5 milyardlıq büdcə 2 milyard olub. Bu da onların göstəricisi. 2011-cu ildə orta aylıq əməkhaqqı Ermənistanda 280 dollar olub ki, Gürcüstanda bu göstərici 318 dollar, Azərbaycanda isə 400 dollardır. Bununla yanaşı, 1996-cı ildə Ermənistanda orta aylıq əməkhaqqı Gürcüstanda 1,7 dəfə artıq, Azərbaycandan isə 1,2 dəfə artıq idi. Son 3 ildə hökumət əvvəlki 15 illə müqayisədə daha çox kredit götürüb. Hazırda Ermənistanın dövlət borcu 4,2 milyard dollardır. 2013-cü ildə 500 milyon, 2014-cü ildə isə 700 milyon dollar borc qaytarmalıyıq. 2013-cü ildə biabırçı durumla qarşı-qarşıya qalacağıq. Bu halda yenidən ruslardan borc almalı olacağıq". Keçmiş baş nazir vurğulayıb ki, son 3 ildə Ermənistanın xarici borcu 2,5 dəfə artıq olub: "Növbəti ildə isə xarici borclar üçün ayrılan pul hərbi xərcləri keçəcək".