Obama ilə Putin telefon danışıqları aparıb

19 İyul 2012 17:00 (UTC+04:00)
Movqe.Az CNN-nə istinadən bildirir ki, ABŞ Prezidenti Barak Obama, Suriyadakı hadisələr səbəbi ilə Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışıqları aparıb. Almaniyadan isə Rusiyanın Əsəd rejimini qoruyaraq, strateji maraqlarını təhlükəyə atdığı fikri bildirilib.

Ağ Evdən verilən məlumata görə, Obama Putinə Suriyadakı yaşanan vəziyyəti danışmaq üçün zəng edib. Məlumatda, Obama və Putinin Suriyadakı böyüyən şiddətə işarə edərək siyasi keçişin bir an əvvəl dəstəklənilməsinə istiqamətli ehtiyac mövzusunda razı qaldıqları bildirilir.

Bundan əlavə, iki liderin hökumətlərinin Suriya mövzusundakı fərqli yanaşmalarını da ortaya qoyduqları, ancaq həll üçün qruplarının işə davam etməsi mövzusunda eyni fikirdə olduğu vurğulanıb. Danışıqlar zamanı, Obamanın Rusiyanın cənubunda bu ayın əvvəllərində meydana gələn sel fəlakətində həyatını itirən və didərgin düşən insanlara başsağlığı verdiyi və ehtiyac olarsa ABŞ-ın köməyə hazır olduğunu söylədiyi qeyd edilib.