Ürəyindən silə bilərsən, amma Facebookdan?

19 İyul 2012 18:39 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-dan universitet tələbəsinin araşdırmasında iştirakçıların yüzdə 88-i köhnə sevgililərini Facebookda gizlicə təqib etdiklərini etiraf edib. Western Universitetinin master tələbəsi Veronika Lukaç "Qarışıq bir əlaqə: Əlaqələr və Facebookdakı İnkişafı" "adlı tezisində, Facebookun ayrılıq sonrası yaşanan ağrını daha dözülməz hala gətirdiyini ortaya çıxarıb.

Lukaç son 12 ayda sevgilisindən ayrılmış 18-39 yaş arasındakı qadın və kişilərlə görüşüb. Anket və müsahibələr nəticəsində, əslində hamımızın bildiyi bir gerçəyi elmi baxımdan təsdiqləyib.

İştirakçıların yüzdə 88-i əlaqələrinin sona çatmasından sonra köhnə sevgililərinin Facebook profillərindən təqib edərək onun nə etdiyini, kimlərlə vaxt keçirdiyini izləydiyini etiraf ediblər. İştirakçıların yüzdə 74-ü köhnə sevgilisini başqasıyla birlikdə olub olmadığını öyrənmək üçün davamlı Facebooka nəzarət edir.

Sevgi acısı yalnız hiyləgərcə təqibdə bitmir. İştirakçıların yüzdə 31-i köhnə sevgilisinin də onu təqib etdiyini düşünərək qısqandırmaq üçün "xoşbəxt" fotoşəkillərini profilə əlavə etdiyini, yüzdə 33-ü isə vəziyyətinin necə olması bardə yeniləmələr edir, sevgilisinə mahnı sözləri yazır.

İştirakçıların yüzdə 52-si, köhnə sevgililərinin qoyduğu yeni fotoşəkilləri qısqandığı üçün, "o mənim üçün öldü" deyərək sevgilisini Facebookdan tamamilə silir. Araşdırmaya görə, Facebook istifadəçilərinin yalnız yüzdə 48-i köhnə sevgililəriylə yoldaş qalmağı bacarıb.

Lukaç Facebook kimi ictimai şəbəkələrdə nəzarət artdıqca, yaşanan ağrıyla mübarizənin daha çətin olduğunu qeyd edib. Lukaç ayrıldıqdan sonra mütləq Facebook şifrənizi dəyişdirməyi də tövsiyyə edib. Çünki araşdırmaya qatılanlardan bəziləri sevgililərinin profillerini xakerləməyə çalışdıqlarını etiraf ediblər.

Tural QABİLOĞLU