NASA ilk dəfə UNO-nun varlığını qeydə alıb

25 Oktyabr 2014 09:06 (UTC+04:00)
NASA Kosmik Agentliyinin əməkdaşları tarixdə ilk dəfə uçan naməlum obyektin qeydə alındığı videoyazıların real olduğunu rəsmi şəkildə təsdiq ediblər.  YouTube-a qoyulmuş videoyazı astronavtların BKS-də açıq kosmosda işlədiklərini göstərir. Kadrlardan birində astronavtın arxasında dartılmış formada olan naməlum obyekt uçur, astronavtlar onu görmürlər. Bu videoyazı UNO-nun mövcudluğunu göstərən yeganə sübutdur. Buna baxmayaraq, NASA bu barədə heç bir izahat vermir.