11 uşaq tək yaşayan qadını zorladı

25 Oktyabr 2014 12:00 (UTC+04:00)
İngiltərənin Liverpul şəhərində dəhşətli zorlama hadisəsi baş verib.

Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, bu barədə xəbər yerli "Mirror" qəzetində yayılıb.

Məlumata görə, yaşları 12 ilə 19 arasında olan 11 yeniyetmə tək yaşayan 43 yaşlı qadını zorlayıb.

Hadisənin maraqlı tərəfi isə təcavüzçülərdən birinin 15 yaşlı qız olmasıdır.

Sentyabrın 24-də baş vermiş hadisədən sonra saxlanılan uşaqların hamısı zaminə buraxılıb.

Polis isə hazırda ifadəsinə müraciət edəcəyi şahid axtarır.

Zorlama hadisəsindən sonra depressiyaya girən qadının psixoloqdan peşəkar dəstək aldığı bildirilir.