Bacısının başını kəsən qızı nə qədər həbs gözləyir?
25 Oktyabr 2014 13:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki , bu sözləri axar.az-a hüquqşünasMüzəffər
Baxışovmusiqi kollecinin tələbəsi olanPərvanə
Nuriyevanın 20 yaşlı bacısıGünel
Nuriyevanı vəhşicəsinə qətlə yetirməsi ilə bağlı
danışarkən dedi.
Hüquqşünas bildirdi ki, cinayəti törədən qızın yaşı 18-dən az
deyilsə, adi qaydada mühakimə ediləcək:
"Ona cəza verilən zaman yetkinlik yaşına çatmışlar üçün nəzərdə
tutulmuş qaydada cəza tətbiq ediləcək. Yetkinlik yaşına çatmasaydı,
ona 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası tətbiq edilə,
ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilə bilməzdi. Lakin bu
cinayəti yetkinlik yaşında törədibsə, Cinayət Məcəlləsinin 120.1
maddəsinə görə, ona cinayət işi açılacaq. Bu əməllərə görə ən
yüksək hədd - 14 il cəza nəzərdə tutulub".
M.Baxışov qeyd edir ki, cinayəti törədən qız ömürlük də həbs cəzası
ala bilər:
"Gələcəkdə onun əməlinə Cinayət Məcəlləsinin 120.2 maddəsində
nəzərdə tutulmuş ağırlaşdırıcı hallar tövsiyə olunsa, ona 20 ilədək
və ya ömürlük azadlıqdan məhrumetmə cəzası da təyin edilə bilər.
Ancaq bu, konkret məhkəmənin səlahiyyətindən asılıdır. Məhkəmə işi
araşdırıb qanunla nəzərdə tutulmuş yüngül cəza tətbiq edə bilər. Və
ya ola bilər ki, məhkəmə 72-ci maddəni tətbiq edərək ona təyin
edilmiş cəzanı şərti hesab etsin. Bütün bu məsələlər məhkəmənin
hökmündə görünəcək".
M.Baxışovun sözlərinə görə, cinayətkarın psixoloji probleminin
olduğu təsdiqlənsə, həbs edilməyə bilər:
"Bildiyimə görə, qətli törədən qızın psixoloji problemləri olduğu
qeyd edilir. Əgər qeyd edilənlər təsdiqlənsə, onun psixi
xəstəliklərlə bağlı problemi olsa, açılmış cinayət işinin icrasına
xitam verilə bilər. Bu təqdirdə iş tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə göndərilə bilər.
Şizofreniya, kəmağıllıq kimi xəstəliklər aşkar edilsə, Cinayət
Məcəlləsinin 22-ci maddəsinin tələblərinə görə, cinayətin anlaqsız
vəziyyətdə törədilməsi barədə qərar qəbul edilməsi
gözləniləndir.Belə olduqda iş ittiham hökmü ilə deyil, qərarla və
onun barəsində xəstəliyinin xarakterindən asılı olaraq tibbi
xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə
göndərilə bilər. Belə halda o, məcburi qaydada tibbi müalicə
alır".
Qeyd edək ki, oktyabrın 22-də Xətai rayonu, Xudu Məmmədov küçəsi
18, bina 1 "a" mənzil 39-da yaşayan 20 yaşlı Günel Nuriyeva bacısı
Pərvanə Nuriyeva tərəfindən vəhşicəsinə qətlə yetilirib. Bacısı
əvvəlcə G.Nuriyevaya çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra
isə onun boğazını kəsib.
Faktla bağlı cinayət işi açılıb. Hadisəni Xətai Rayon Prokurorluğu
araşdırır.