İranın idman naziri Azərbaycana gəlir

25 Oktyabr 2014 15:18 (UTC+04:00)

İran İslam Respublikasının gənclər və idman naziri Mahmud Gudərzi Azərbaycana səfər edəcək.

Movqe.az AzərTaca istinadən xəbər verir ki, səfərin məqsədi oktyabrın 28-dən 30-dək Bakıda keçiriləcək Gənclər siyasəti üzrə birinci Qlobal Forumda iştirak etməkdir.

Səfər çərçivəsində M.Gudərzinin Azərbaycanın gənclər və idman naziri ilə görüşü də nəzərdə tutulub. Görüşdə nazirlər qarşılıqlı əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcəklər.