Hərbi posta hücum: 25 nəfər öldürüldü
25 Oktyabr 2014 18:13 (UTC+04:00)
Misirin Sinay yarımadasında silahlı zorakılıq faktı qeydə
alınıb.
Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, silahlı şəxs
hərbi posta hücum edib. Hücum zamanı avtomobilə yerləşdirilmiş
partlayıcının işə düşməsi nəticəsində azı 25 hərbçi ölüb, onlarla
təhlükəsizlik xidməti əməkdaşları yaralanıb.
Faktla bağlı istintaq araşdırması başladılıb. Polis hücumun cihadçı
qruplaşma tərəfindən həyata keçirildiyini deyib. Ölkə prezidenti
Abdul Fəttah əl-Sisi Sinay yarımadaındakı vəziyyəti müzakirə
məqsədilə milli təhlükəsizlik şurasının fövqəladə iclasını
çağırıb.
Bir qədər əvvəl cihadçılar İsrail sərhədlərinə raketdən atəş
açmışdılar. Nəticədə iki israilli əsgər yaralanmışdı.