Çində internet və mobil internet istifadəsi artıb

19 İyul 2012 18:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çində 2012-ci ilin ilk yarısından etibarən 538 milyon internet istifadəçisinin olduğu bildirilib. Çin İnternet şəbəkəsi İnformasiya Mərkəzindən əldə edilən şərhdə, ölkədə 2012-ci ilin ilk altı ayında internet istifadəçisinin 538 milyon olduğu ,bunun 388 milyonunun mobil internet istifadəçisinin payına düşdüyü açıqlanıb. Ötən ilin eyni dövründə 1.6 fazi artan internet istifadəçi sayının 24 milyon 500 min nəfər çoxaldığı qeyd edilib. Əhalisinin 39.9 faizinin internet istifadə etdiyi Çində mobil internet istifadəçi sayı normal internet istifadəçi sayını geridə qoyub.